Kamçatka yenidən SİLKƏLƏNDİbackend

Kamçatka yenidən SİLKƏLƏNDİ

Rusiyanın Kamçatka bölgəsində yeraltı təkanlar müşahidə edilib. Seysmoloqların məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatka şəhərindən 214 km məsafədə baş verib və episentri 19,4 km dərinlikdə yerləşib.

KONKRET.az xəbər verir ki, zəlzələnin gücü 5 bal olaraq qiymətləndirilib. Yerli hakimiyyət orqanları və fövqəladə hallar xidməti əhaliyə sakitliyi qorumağı və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir.

Hələlik zəlzələnin nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Seismoloqlar bölgədə artçı təkanların olma ehtimalını istisna etmirlər və sakinlərdən ehtiyat tədbirlərini görmək xahiş olunur.

Kamçatka bölgəsi seysmik aktiv zonada yerləşdiyi üçün burada orta və güclü zəlzələlər vaxtaşırı baş verir. Ən çox riskli ərazilərdə isə fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanları tərəfindən davamlı monitorinqlər aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*