Ağdam Hərbi Prokurorluğunda yeni təyinat olub.
KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Bayramov Yasin Rasim oğlu Ağdam Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilib.