Kamran Əsədov deputatlığa namizədliyini geri çəkdibackend

Kamran Əsədov deputatlığa namizədliyini geri çəkdi

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deputatlığa namizədliyini geri çəkib.

KONKRET.az xəbər verir ki, o bu barədə “Facebook” sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

“Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim. Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum. Bu müddət ərzində mənə dəstək olan, inanan və yanımda olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin etimadınız və dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Seçki prosesi mənə çox şey öyrətdi. Mən Neftçalamın bir daha nə qədər mərd, qonaqpərvər, zəhmətkeş və dövlətçiliyin yanında olduğunu gördüm.

Geridə qalan müddətin gününü sizinlə birlikdə addımladım, sizin səsiniz oldum. Sizlərin problemlərini, arzularını, ümidlərini dinlədim və onları öz ürəyimdə yaşatdım. Sizlərdən öyrəndiyim hər bir şey mənim üçün böyük bir dəyərdir. Bu yolda sizinlə olmaq mənim üçün bir şərəf idi”.

O paylaşımında bildirib ki, namizədliyini geri çəkmək qərarı dövlətə, vətənə xidmət etməkdən imtina etdiyi anlamına gəlmir:

“Əksinə, cəmiyyətimiz üçün daha çox çalışmağa, daha yaxşı bir gələcək qurmaq üçün fərqli yollarla davam edəcəyəm. Hamımızın ortaq məqsədi daha ədalətli, daha əmin-amanlıq içində və daha firəvan bir cəmiyyət yaratmaqdır. Bu məqsəd doğrultusunda əlimdən gələni etməyə davam edəcəyəm.

Düşünürəm ki, ölkəmizdə elmin, ali və orta təhsilin inkişafına hazırkı mövqeyim ilə də faydalı ola bilərəm. Mənə dəstək olan, etibar edən və inanan bütün neftçalalılara bir daha təşəkkür edirəm və bu seçki prosesinin sonunda qalibin yenə də böyük xalqımız olacağına əminəm. Seçki demoktariyanın, əxlaqın, vicdanın, qanunların, mənəviyyatın işləkliyinin göstəricisidir. İnşallah sonda bu dəyərlər də qalib gələcəkdir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*