Kanada Ukrayna ilə saziş İMZALADIbackend

Kanada Ukrayna ilə saziş İMZALADI

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Kanadanın baş naziri Castin Trüdo ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.

Kanada ilə saziş 2024-cü ildə Ukraynaya 3 milyard Kanada dollarından (2,2 milyard dollar) çox məbləğdə makromaliyyə və müdafiə yardımının ayrılmasını nəzərdə tutur.

“Bu, güclü və vaxtında verilmiş qərardır və dayanıqlığımızı artırmağa mühüm töhfədir”, – Ukrayna prezidenti bildirib.

Yerli mətbuat qeyd edir ki, saziş 2024-cü ilin sonuna qədər hərbi xərclər üçün ən azı 320 milyon dollar, həmçinin minalardan təmizləmə və kəşfiyyat məlumatlarının toplanması üçün 75 milyon dolların ayrılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*