Kanadada fövqəladə vəziyyət rejimi tətbiq edildibackend

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq edildi

Kanadanın Saskaçevan əyalətinin hakimiyyəti meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə region rəhbəri Skott Mo “X” sosial şəbəkəində bildirib.

“Bu gün vilayətin bütün ərazisində fövqəladə vəziyyət elan etdik, çünki meşə yanğınları yaşayış yerlərimizi təhdid edir və artıq minlərlə sakini evlərini tərk etməyə məcbur etdi”, – paylaşımda qeyd olunur.

Hazırda Saskaçevanda 17 meşə yanğını qeydə alınıb, onların sahəsi 400 hektardan çoxdur. Təxminən 15 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub, azı 10 min insan evlərini tərk edib. Yanğın nəticəsində 40-dan çox bina məhv olub.

Meşə yanğınları Saskaçevanla qonşu Alberta və Manitoba əyalətlərində də əhalinin təxliyəsinə səbəb olub. Zərərçəkənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*