Kanadanın Georgian Kollecindən: “Dualarımız sizinlədir”backend

Kanadanın Georgian Kollecindən: “Dualarımız sizinlədir”

Ermənistanın növbəti təcavüzü və Azərbaycan Ordusunun şanlı əks-həmlə əməliyyatlarından sonra Qərbi Kaspi Universitetinin tərəfdaşı olan dünyanın müxtəlif ölkələrinin nüfuzlu təhsil ocaqlarından Azərbaycanın haqq işinə dəstək ifadə edən məktublar daxil olmaqdadır.

KONKRET.az xəbər verir ki, universitetin partnyorlarından biri – Kanadanın Georgian Kollecinin beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Catherine Vellinganın məktubunda deyilir:

“Azərbaycanın şəhərlərinin bombalanması nəticəsində qarşılaşdığı dəhşətlərlə bağlı çox üzgünəm. Hal-hazırda dünyanı ağuşa alan problemlərinin içərisində siz bir də suverenliyinizi təhdid altına alan vəziyyətlə üz-üzəsiniz. Əmin olun ki, dualarımız sizinlədir. Hamımız ümid edirik ki, tezliklə bu təhlükə geridə qalacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*