Kanaldan meyiti tapılan şəxs hərbçi imiş – Fotobackend

Kanaldan meyiti tapılan şəxs hərbçi imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bərdə rayon Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusudur. O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*