Kandelakidən hədə-qorxu ilə pul tələb edən teleqram kanal rəhbərlərinə AĞIR CƏZAbackend

Kandelakidən hədə-qorxu ilə pul tələb edən teleqram kanal rəhbərlərinə AĞIR CƏZA

Kandelaki və ərindən hədə-qorxu ilə pul tələb edən teleqram kanal rəhbərləri 8 il azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvanın Xamovniki Məhkəməsi gürcü əsilli rusiyalı təbliğatçı-aparıcı Tina Kandelaki və onun ərindən 470 min rubl pul tələb etdiyinə görə telegram kanalların üç keçmiş administratorunun hər birini 8 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə Yevgeni Moskvin, Aleksey Slobodenyuk və Vladislav Maluşenkonun hər birinin 8 il ciddi rejimli koloniyada çəkilməsi ilə azadlıqdan məhrumetmə və  500 min rubl cərimə edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Tina Kandelaki ermənipərəst mövqeyi ilə seçilir və azərbaycanllara qarşı kəskin mövqe sərgiləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*