“Karantin rejimi uzanarsa, “B” planımız var” – RƏSMİ AÇIQLAMAbackend

"Karantin rejimi uzanarsa, “B” planımız var" - RƏSMİ AÇIQLAMA

 

DİM ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının hansı formada keçiriləcəyi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova xüsusi karantin rejimi uzanarsa, qurumun başqa plan əsasında imtahan keçirəcəyini bildirib:

“A” və “B” planı deyə bir şey var. DİM-in “A”, “B” planı var. Hər şey xüsusi karantin rejimindən asılıdır. Bu rejim, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Ancaq karantin uzanarsa, biz də başqa plan əsasında imtahan keçirəcəyik”.

“Azərbaycan dövləti, eləcə də, bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı əsasdır. Mən inanmıram ki, indiki vaxtda hansısa valideyn koronavirus infeksiyasına yoluxmanı nəzərə alaraq, uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmağa razılaşsın”, – deyə şöbə müdiri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*