Karantində işləyən çayxana aşkarlandı – FOTOLARbackend

Karantində işləyən çayxana aşkarlandı - FOTOLAR

Şəkidə sərt karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhərin Bağbanlar küçəsində yerləşən ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*