Azərbaycan məktəblərində YENİ QADAĞAbackend

Azərbaycan məktəblərində YENİ QADAĞA

Gələn il tədris ilində şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert şagird davranış qaydalarını özündə əks etdirən bu pilot layihənin ötən tədris ilində 300-dən çox məktəbdə həyata keçirildiyini diqqətə çatdırıb:

“Gələn ildən etibarən ölkəmizdə fəaliyyət göstərən 4400 məktəbin hər birində şagird davranış qaydaları öz əksini tapacaq. Bunlardan biri də şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsinin məhdudlaşdırılmasıdır. Bu da növbəti dərs ilindən etibarən tətbiq olunacaq”.

Təhsil ekspertinin sözlərinə görə, şagirdlər sinfə gedərkən telefon aparmayacaqlar:

“Onlar təhsil müəssisəsinə, yaxud da sinfə kimi telefonla gələ bilərlər, amma sinfə girərkən telefon onlardan alınacaq. Ola bilər ki, məktəbin girişində, yaxud da hansısa otaqda yer ayrılsın və telefonlar orada saxlanılsın. Şagirdlər dərsdən çıxan kimi telefonunu götürəcək”.

Ekspert bu qərarı dərslərin keyfiyyəti üçün müsbət addım kimi dəyərləndirir.

  • Səbuhi
    Fevral 7, 2025 - 10:16

    Salam hər vaxtınız xeyr. Nə məcburdu ki, şahird məktəbə telfonla gedir. Buna valideyin məsuliyyət daşımalıdır. Əgər belə telfonla bağlı müzakrə edilirsə, azda olsa dərsin normal keçilməsinə və məktəblərdə pullar yığılır onuda müzakirə edin. Əlavə olaraq bildirirəm ki, son qoyulmalıdır pul yığılmasına və şagirdlərə fərq qoyulmasına.

  • Fatya
    Fevral 7, 2025 - 21:04

    Salam nəyinki telefon hətta mence müəllimlərin şagirdlər arasında fərq qoyulmasında yigisdirilmalidi

  • Süsən İsmayılova
    Fevral 7, 2025 - 22:04

    Vayfayı məhdud şəkildə istifadəsinə göstəriş versələr lap ə’la olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*