Karapetyan bu ölkənin vətəndaşlığından məhrum edildibackend

Karapetyan bu ölkənin vətəndaşlığından məhrum edildi

Erməni bloqer, “SisMasis” “Telegram” kanalının müəllifi Samvel Karapetyan Rusiyada doğulduğuna baxmayaraq, ölkə vətəndaşlığından məhrum edilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Karapetyan “SisMasis” “Telegram” kanalında məlumat verib.

O bildirib ki, mayda ona Rusiya vətəndaşlığının ləğv edilməsi barədə bildiriş gəlib. Rusiya Daxili İşlər Nazirliyi buna səbəb kimi ölkədə təhlükəsizliyə təhdid yaratmağı göstərib. Bloqerə qərarların surəti və ya hər hansı izahat təqdim edilməyib. pizza hut

Qeyd edildiyinə görə, bu, ilk dəfədir ki, Rusiyada doğulmasına baxmayaraq, vətəndaşlıqdan məhrumetmə halı baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*