Kardioloq qan təzyiqi ilə bağlı təhlükəli mifi dağıdır
KONKRET.az E-saglam.az-a istinadən xəbər verir ki, kardioloq Diana Novikova qan təzyiqi ilə bağlı yanlış inanclara aydınlıq gətirib. O, Telegram kanalında bəzi insanların yüksək təzyiqi “iş təzyiqi” kimi qəbul etməsinin təhlükəli olduğunu bildirib.
“Xəstələr tez-tez 160/100 təzyiqi ilə özlərini yaxşı hiss etdiklərini və bunun onlar üçün normal təzyiq deyirlər. Lakin bütün yaş qrupları üçün normal qan təzyiqi meyarları mövcuddur,” – deyə Novikova qeyd edib. Onun sözlərinə görə, 120/80-dən 129/84-ə qədər olan təzyiq normal sayılır, bundan yuxarı göstəricilər isə sağlamlıq üçün risk yarada bilər.