Kartapolovdan SENSASİYA: “Rusiyanın bu addımı bütün dövlətləri MƏHV EDƏCƏK”backend

Kartapolovdan SENSASİYA: "Rusiyanın bu addımı bütün dövlətləri MƏHV EDƏCƏK"

“Poseidon bütün dövlətləri sıradan çıxarmağa qadirdir və hazırda heç bir əks tədbiri olmayan güclü bir silahdır”. 

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov jurnalistlərlə söhbəti zamanı deyib.

“Bu, həqiqətən də çox güclü silahdır, bütün dövlətləri sıradan çıxarmağa və ya onları müharibədə məğlub etməyə qadirdir. Hazırda ona qarşı heç bir antidot və ya əks tədbir yoxdur. Heç kimin ekvivalenti mövcud deyil”, – Kartapolov bildirib.

Onun sözlərinə görə, Rusiya bu tip silahlara sahib olan yeganə ölkədir.

“Hazırda bu tip silahlara alternativ yoxdur, çünki onlar yalnız bizdədir”, – deyə deputat vurğulayıb.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*