Kartof bahalaşacaq?backend

Kartof bahalaşacaq?

Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.

Tovuzda artıq kartof yığımına start verilib. Rayonda bu il keçən illə müqayisədə 1000 ha az kartof əkilib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, məhsulun toxumlarını xaricdən baha qiymətə aldıqları üçün məhsulun hazırkı satış qiyməti onları qane eləmir. Sahədən kartofun kiloqramının satış qiyməti 40-45 qəpik olduğu halda, bazarlarda 2, 3 dəfə baha qiymətə satılır.

Fermerlərin sözlərinə görə, adətən 40 ton məhsul götürürdüksə, bu il 25 ton məhsul götürə bilmişik. Bunun da səbəbi toxum qıtlığı və bahalığı ilə bağlıdır.

Paytaxt bazarında isə satıcılar qiymətin münasib, alıcılar isə baha olduğunu bildirirlər. Bazarda kartofun qiymətləri 70 qəpikdən 2 manata kimidir.

Mütəxəssislər fermerlərə sertifikatlı toxumlardan istifadə etməyi məsləhət görürlər. Bu cür toxumlar keyfiyyətli olmaqla yanaşı, xəstəliklərə və zərərvericilərə qarşı da davamlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*