Kazaryan: “Azərbaycan müharibəyə hazırlaşır”backend

Kazaryan: “Azərbaycan müharibəyə hazırlaşır”

Hərbi ekspertlər və analitiklər Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə həyəcan təbili çalırlar. Eyni zamanda Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri Azərbaycan tərəfində hərəkətliyi aydın görürlər. O cümlədən, bir-iki gün əvvəl Azərbaycan tərəfi Açarküta kənd sakinlərinin gözü qarşısında qazıntı işlərinə başlayıb.

KONKRET.az xəbər verir ki, bunu kənd icmasının üzvü Karen Kazaryan bildirib.

Onun sözlərinə görə, 15-20-yə yaxın azərbaycanlı hərbçi birbaşa sərhəddə – Kirants kəndinin keçmiş dükanlarının ərazisində və çayın sahilində, gölün yaxınlığında intensiv iş aparır.

Kəndin ağsaqqalları “hraparak.am”a bildiriblər ki, bu işlərə görə kənddə əhval-ruhiyyə çox pisdir.
Karen Kazaryanın sözlərinə görə, hakimiyyət orqanlarının “dişsiz siyasətini” nəzərə alaraq, insanlar müharibə olacağı təqdirdə qorunacaqlarına ümid etmirlər.

O, hesab edir ki, Azərbaycan tərəfi Tavuşun bu ərazisində istehkam işləri aparır və mümkün müharibəyə hazırlaşır:

“Amma bu tərəfdə yox. Çünki burada 1-1,5 ay əvvəl ərazilər minalanıb, çətin ki, azərbaycanlılar buradan hücuma cəhd etsinlər. Onlar yəqin ki, cənub istiqamətində hazırlaşırlar, Zəngəzur dəhlizinə görə. Burada isə arxa cəbhələrini gücləndirirlər. Azərbaycanın Tavuş istiqamətində hərbi texnikalarının yığılması müşahidə edilmir, lakin hərbçilərinin sayı hər gün nəzərəçarpacaq dərəcədə artır. Eşitdiyimizə görə, Azərbaycan tərəfi Zəngəzurda çox fəallaşıb”.

Günel Mikayılova,

KONKRET.az

  • ilqar
    Sentyabr 18, 2024 - 12:25

    Xayin xoflu olar.Bu xəyanətkar tayfa yaranışlarindan bəri fikir düşüncələri pslik etməkdir.Bu murdar yaratiqlarin qəlbi başqa millətlərə qarşı kin kudrətlə doludur.
    Bu uzun burun , uzunqulaq tiplər hamini özlərinə oxşadırlar. Anlamırlar ki, TÜRK savaşmaq istərsə,mərdi mərdanə savaşar ,axadan iş görməz.
    Bədbaxt boşa taboru,it ilxisi -cakkal sürüsü ☹️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*