“Keç mənim yerimə, nə edəcəyimizi söylə” – Paşinyanın kənd sakini ilə dialoqu + VİDEObackend

“Keç mənim yerimə, nə edəcəyimizi söylə” - Paşinyanın kənd sakini ilə dialoqu + VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Ararat bölgəsinə səfəri zamanı Lusaratda qəfil dayanıb və kənd sakinləri ilə problemləri və onların həlli yollarını müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə görüntüləri Paşinyan sosial şəbəkədə yayıb.

Sakinlər Baş nazirə xidmət sektorundan, nəqliyyatın bərbad durumundan, məhsul yığımındakı çətinliklərdən, məhsulun qiymətləndirilməsindəki neqativ hallardan şikayətləniblər.

N.Paşinyan şərab istehsalı üçün yeni üzüm sortlarının yaradılmasına başlamağın vacibliyindən danışıb.

Paşinyan söhbət əsnasında kənd sakinləri ilə mübahisəyə də girib:

“Siz problemlərinizi sadalayırsınız, biz də hökumət olaraq çıxış yollarını göstəririk. Amma siz yünə razı deyilsiniz. Onda biz nə etməliyik? Onda belə danışaq. Siz mənim yerimə keçin və bizə nə edəcəyimizi söyləyin”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*