Keçmiş daxili işlər naziri saxlanıldıbackend

Keçmiş daxili işlər naziri saxlanıldı

Qazaxıstanın hüquq-mühafizə orqanları 2022-ci ilin yanvarında baş vermiş kütləvi iğtişaşlarla əlaqədar respublikanın keçmiş daxili işlər naziri Erlan Turqumbayevi saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluq izah edib ki, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ona görə də “ibtidai istintaqın digər məlumatları açıqlana bilməz”. Qeyd edək ki, Turqumbayev 2019-cu ildən 2022-ci ilin fevralınadək respublikanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

Yeri gəlmişkən, 2022-ci il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Prezident Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün KTMT-yə müraciət edib. Həmin il yanvarın 7-də vəziyyət sabitləşib, yanvarın 19-da bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Səlahiyyətlilərin məlumatına görə, iğtişaşlar zamanı 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*