Ruben Vardanyan yenidən Qarabağda “baş qaldırıb”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, Qarabağda daxili “siyasi” proseslər aktiv mərhələyə qədəm qoyub.
Rusiyanın oliqarx tulası bu gün, mayın 18-də “mətbuat konfransı” keçirərək yeni “cəbhə” elan edəcək. O, dörd qondarma “deputat”la “Arsax”ın xilası proqramı” hazırlayıb. Bu “proqram” bir ay əvvəl “təhlükəsizlik şurası”na və quldurbaşı Arayikə təqdim olunub.
Mayın 9-da keçirilən mitinqdə Vardanyan Arutyunyana “ultimatum” təqdim edib: “Ya proqramı həyata keçirin, ya da biz icra edirik”.
Vardanyanın kimə arxalanaraq yenidən “banlaması” isə məlum məsələdir. Azərbaycanın tələbi ilə əski parçası kimi kənara atılan bu buyruq qulunun birdəfəlik Qarabağdan rədd olmasına zəmin yaranıb.
Xuraman Etibarlı,
KONKRET.az