Rusiyada Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlu Pyotr həyat yoldaşını döyüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Krasnoqorskdakı Podmoskovnı bulvarında çoxmərtəbəli binada baş verib.
Bildirilib ki, Kərimov arvadı Yuliya Smetankina ilə mübahisə zamanı ona bir neçə zərbə vurub.
Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya, kişi isə şöbəyə aparılıb.
Pyotr dindirildikdən sonra sərbəst buraxılıb.
İqbal Rzayev,
KONKRET.az