Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq.
KONKRET.az report-a istinadən xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib.
O, Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət etsin!