Kəlbəcərdə şəhid olan əsgər harada dəfn olunacaq?backend

Kəlbəcərdə şəhid olan əsgər harada dəfn olunacaq?

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq.

KONKRET.az report-a istinadən xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib.

O, Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*