Kəlbəcərdə trakorun minya düşməsinin bəzi detalları məlum olub.
KONKRET.az unikal-a istinadən xəbər verir ki, Kəlbəcərdə yerləşən şirkətlərin birnə məxsus “Avtoqreyder” markalı traktor ( avtomobil yollarının, aerodrom örtüklərinin salınması) Susuzluk kəndi ərazisində yol çəklişi zamanı minaya düşüb. Bu zaman traktorun sürücüsü 36 yaşlı Rəşadət Əsədov xəsarət alaraq Kəlbəcərdə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qeyd edək ki hadisənin baş verdiyi kənd də 2022-ci illin iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Bu gün baş verən hadisə ilə bağlı araşdırmaya başlanıb.
****
Kəlbəcərdə mina hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.