Burkina-Fasonun mərkəzi hissəsindəki kəndə hücumda ən azı 100 nəfərin öldüyü bildirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Vaqaduqudan 80 kilometr uzaqlıqda yerləşən Barsalogho kəndinə edilən hücumda aralarında mülki vətəndaşlar və hərbçilərin də olduğu azı 100 nəfər həyatını itirib. Burkina-Fasonun təhlükəsizlik naziri Mahamadou Sana bazar günü dövlət televiziyasında verdiyi açıqlamada hökumətin qurudan və havadan hücuma cavab verdiyini bildirib: “Biz öz torpaqlarımızda belə vəhşiliyi qəbul etməyəcəyik”. Sana hökumətin hadisədən zərər çəkənlərə tibbi və humanitar yardım göndərdiyini bildirib. Hücumun Əl Qaidənin qolu olan JNİM tərəfindən həyata keçirildiyi iddia edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az