Mütəxəssislər bildirirlər ki, bəzi otaq bitkiləri yalnız dekorativ məqsədlə deyil, həm də havada olan zərərli maddələri və toz hissəciklərini təmizləmək baxımından çox faydalıdır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu bitkilər arasında xüsusilə bir növ ev şəraitində kif və tozun qarşısını almaqda ən təsirli hesab olunur – xlorofitum, daha çox tanınan adı ilə “hörümçək bitkisi” .
Xlorofitum havadakı formaldehid, toz, tüstü və kimyəvi hissəcikləri udaraq oksigenin səviyyəsini artırır. NASA tərəfindən aparılan tədqiqatlara görə, bu bitki qapalı mühitlərdə hava keyfiyyətini 60%-ə qədər yaxşılaşdıra bilir.
Ev havasında nəm çox olduqda kif əmələ gəlir. Xlorofitum bu nəmliyi yarpaqları vasitəsilə tənzimləyərək həm kif göbələklərinin yayılmasını azaldır, həm də allergik reaksiyaların qarşısını alır.
Bu bitki az işıqda da böyüyür, tez çoxalır və xüsusi qulluq tələb etmir. Sadəcə:
Həftədə 1-2 dəfə suvarmaq,
Günəş işığının dolayı düşdüyü yerə qoymaq kifayətdir.
Alternativ faydalı bitkilər
Mütəxəssislər evdə sanseviera (ilan bitkisi), aloevera və paxira kimi digər bitkilərin də tozu və zərərli qazları azaltmaqda faydalı olduğunu bildirirlər.
Mütəxəssislərin fikrincə, bir neçə belə bitki evdə yerləşdirildikdə, təkcə hava təmizlənmir, həm də stress azalır, yuxu keyfiyyəti yaxşılaşır.
