Kılıçdaroğlu mühakimə oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyənin müxalif CHP partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu yeni parlament müddətinin başlamasından sonra toxunulmazlığını itirəcək.
“Kilçdaroğlu mayın 14-də keçirilən seçkilərdə deputatlığa namizəd olmadı, çünki o, prezidentliyə namizəd kimi irəli sürülüb.
2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi toxunulmazlığa malikdir.
Prokurorluq Kılıçdaroğlu ilə bağlı 40 cinayət şikayətindən birini təsdiq etsə, CHP partiyasının lideri məhkəmə qarşısına çıxacaq”, – deyə media yazıb.
Xuraman Etibarlı,
KONKRET.az