Kılıçdaroğlu: “Ümidsizliyə qapılmayın”backend

Kılıçdaroğlu: “Ümidsizliyə qapılmayın”

Prezidentliyə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu tərəfdarlarına səslənib. Kılıçdaroğlu partiyadaşlarını və ona səs verən insanları pessimist olmamağa çağırıb. 

KONKRET.az xəbər verir ki, siyasətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, dünən axşamdan bəri fasilə vermədən çalışdıqlarını bildirib:

“Qətiyyən heç kim ümidsizliyə qapılmasın, mən dik duracağam. Baş verənlərlə bağlı qənaətlərimi sizinlə bölüşəcəyəm. Sonra isə birlikdə seçkini udacağıq. Sonda millətimizin dediyi olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*