Kılıçdaroğlunun müavini istefa verdi – FOTObackend

Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

CHP-nin sədr müavini Onursal Adıgözəl istefa verib. 

KONKRET.az xəbər verir ki, o, “Twitter” hesabında istefa ərizəsini təqdim edib.

Məlumata görə, istefaya səbəb Adıgözəlin sosial mediada tənqidlərə cavabı olub.

Belə ki, CHP-nin mayın 14-ü axşam saatlarında seçkinin nəticələrini rəsmi şəkildə TV-də dərc etməməsi böyük reaksiyalara səbəb olub. O, vətəndaşlara cavabında “Cümhuriyyət Xalq Partiyası olaraq heç vaxt hər kəs üçün əlçatan bir seçki nəticələri yayımlamaq öhdəliyi götürməmişik”, – deyə qeyd etmişdi.

Bu açıqlamadan saatlar sonra CHP sədri Kamal Kılıçdaroğlu CHP İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə müavinini Onursal Adıgözəli vəzifəsindən azad edib.

Adıgözel sosial media hesabından açıqlamasında bunları deyib:

“Cəmiyyətdəki mənfi rəyə görə, 2018-ci ildən bəri davam etdirdiyim işimi, liderimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün, sistemlərimizin axşam saatlarında işləməsinə baxmayaraq, vəzifəmi tərk edirəm. Seçkilərdə heç bir texniki problem yox idi”.//Unikal

Kılıçdaroğlunun müavini istefa verdi - FOTOKılıçdaroğlunun müavini istefa verdi - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*