Kilsəyə ianə verənlər və Xomeyninin kəfənini parçalayanlar – Bəs Cənnətə nə vaxt düşəcəyik?backend

Kilsəyə ianə verənlər və Xomeyninin kəfənini parçalayanlar – Bəs Cənnətə nə vaxt düşəcəyik?

Elman Məmmədov, jurnalist

Orta əsrlər xristian aləmində kilsənin avam kütləyə təlqin etdiyi belə bir fikir var idi ki, kilsəyə ianə olaraq verdiyin hər qızıl və gümüş pul dəmir qutunun dibinə dəyib cingildəyən an cənnəti qazanmış olursan. Söhbətimin canı  orta əsrlər avropa inkvizisiyasının qaragüruhunu tənqid etmək deyil. Çox şükür, onlar bu mərhələni keçib ağ günə çıxıblar.

Bəs biz – İslam dinini qəbul edənlər nə vaxt bir gün görəcəyik. Çox da uzaq olmayan keçmişə nəzər salaq. Bu, həm də 20-ci əsrdə məhz kosmos, raket dövrü üçün utanılası,  həm də unikal bir fakt olub. Söhbət İranın dini lideri Ruhullah Musəvi Ayətulla Xomeyninin dəfn mərasimində yaşananlardan gedir. Deməli, İranın dini lideri 3 iyun 1989-cu ildə ölür. 5 iyunda cənazəsi dəfn etməyə aparılarkən kəfənindən bir parça alaraq cənnəti  “qazanmaq” adı ilə cənazəyə sevənləri tərəfindən basqın olunur. Qısa bir müddətdə kəfəni parçalayaraq yox edirlər və cəsəd lüt-üryan qalır ortada.  Cəsəd 3 dəfə tabutdan yerə düşür. Meyit Hərbi Aviasiya bazasına aparılaraq 5 dəfə kəfənlənsə də, senari təkrarlanır. Dünyasını dəyişmiş Ali dini lideri 6-cı dəfə kəfənləyərək, izdihamdan qorumaq üçün dəmir tabutda və hərbi helikopterlə qəbiristanlığa aparılaraq dəfn edilir. Bu dəfn mərasimində daha bir fakt qeydə alınır. Deməli, vida mərasimində o dövr İran əhalisinin 6/1 hissəsi iştirak edir. Mərasimdə rəsmi olaraq 10 milyon 213 min 157 nəfərin iştirakı qeydə alınır. Müasir dövrümüzdə seyid ocaqlarından şəfa diləyənləri, pirlərdən əlac umanları göz önunə gətirəndə ekstrasens və baxıcıların mətbuat və televiziyalarda ən hörmətli adam kimi təqdimatını görəndə bizim orta əsrlər avropalısı kimi ağ gunə çıxacağımız ümidim puç olur…

 

Elman Şirməmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*