Amerikalı reper Kanye Uest ilə erməni pornoulduz Kim Kardaşyan boşanma barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Kardaşyan Uestdən hər ay aliment olaraq 200 min dollar alacaq və eyni zamanda dörd uşağın qəyyumluğunu da bölüşəcək.
Bundan əlavə, “TMZ” portalı yazıb ki, Uest 4,5 milyon dollara aldığı evini keçmiş həyat yoldaşına verəcək.
Qeyd edək ki, Uest və Kardaşyan 2014-cü ildə İtaliyada evlənib. Model barışmaz fikir ayrılıqlarını əsas gətirərək 2021-ci ilin fevralında boşanmaq üçün müraciət edib.
İqbal Rzayev,
KONKRET.az