Kim Kardaşyanın qızı keçmiş sevgilisinin anasını ələ saldıbackend

Kim Kardaşyanın qızı keçmiş sevgilisinin anasını ələ saldı

Amerikanın erməni əsilli porno ulduzu Kim Kardaşyanın və reper Kanye Vestin qızı Nort keçmiş sevgilisi, komediya ustası Pit Devidsonun anasının ”Met Gala” üçün geyindiyi paltarı ələ salıb.

KONKRET.az xəbər verir ki, xarici media bu barədə məlumat verib.

Nort xalası qızı Penelopa Disiklə söhbətində onun qara uzun palto, bənövşəyi dəri şalvar, abstrakt printli svivşot və panama papağından ibarət görünüşünə nifrət etdiyini söyləyıb. “Sən Met Gala-ya gedirsən, Pit, yanacaqdoldurma məntəqəsinə yox” o, istehza ilə bildirib.

Öz növbəsində Nortun anası Kim Kardaşyan etiraf edib ki, qızının tənqidini ciddi qəbul etmir. “Nort tənqid etməyi sevir. O, yeni Coan Rivers kimi görünür (Amerika komediyaçısı, stend-up komediyaçı). On yaşlı uşağın səninlə lağ etməsi faktını ciddi qəbul edə bilməzsən, necə ki, mən bunu etmirəm”, – deyə K. Kardaşyan izah edib.

İlahə Əhmədova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*