“Kiminlə dostluq edirsiniz, Mirzəyev qardaşları?” – SENSASİON İDDİA – FOTOLARbackend

"Kiminlə dostluq edirsiniz, Mirzəyev qardaşları?" - SENSASİON İDDİA - FOTOLAR

Milli mətbuatımızın 145-ci ildönümünə cəmi bir neçə gün qalır. Təbii ki, özünü qələm əhlinə aid edən hər kəs 22 iyul tarixini xüsusi ovqatla, ruh yüksəkliyilə qarşılayır. Bununla belə aramızda mətbuatdan əslində uzaq ola-ola özünü jurnalist hesab edənlər də var. Belələri Mətbuat Şurasının rəhbərliyinə belə yol tapa bilirlər. Burada naşılığı və yaltaqlığı ilə milli mətbuatımızı acınacaqlı kökə salan Əflatun Amaşov yox, onun dəyərli müavini Ümid Mirzəyev nəzərdə tutulur.

Mətbuata uzaqdan-yaxından dəxli olmayan bu şəxs təsis etdiyi cılız “EurAsia Daily” saytında erməni saytlarının birindən prezident İlham Əliyevi təhqir edən bir xəbəri verməkdən çəkinmir.

 

Maraqlıdır ki, əslən Füzuli rayonunun bir vaxtlıar Ermənistan işğalı altında olmuş Aşağı Əbdürrəhmanlı kəndindən olan Ümid Mirzəyev nədənsə ermənilərə xüsusi rəğbət bəsləyir. Bunu “Reaksiya TV”nin aparıcısı Zaur Qəriboğlunun məsələyə dair açıqlamasından da görmək olar.

Belə ki, telejurnalist “EurAsia Daily” saytında çalışdığı vaxtı xatırlayarkən Mirzəyevin oraya bir nəfər pakistanlını gətirib işə götürdüyünü bildirir. Qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması üçün canfəşanlıq göstərən həmin şəxsə Ü.Mirzəyevin açıq-aşkar havadarlıq etməsindən hiddətlənən Zaur Qəriboğlu və başqa əməkdaşlar saytı tərk edirlər. Ümid Mirzəyevin ermənipərəst mövqeyi və fəaliyyəti habelə jurnalist Zaur Nurməmmədovun da yazılarında əksini tapıb.

Bundan əlavə Ü.Mirzəyevin qardaşı Zülfüqar Mirzəyev uzaq Udmurt Respublikasında yaşayaraq orada fəaliyyət göstərən “Dostluq” cəmiyyətinə başçılıq edir. Bununla belə, bisavadlığı və alverçi xisləti üzündən “peraşkisatan Zülya” adı verilən bu üzdəniraq diaspor rəhbərinin yerli “Urartu” erməni cəmiyyətinin rəhbəri Mnatsakan Arakelyanla oturub-durduğu, hətta birgə şəkil çəkdirdiyi jurnalist tərəfindən üzə çıxarılıb.

Bu, həmin Mnatsakan Arakelyandır ki, 2016-cı il aprel döyüşlərindən sonra Qarabağa yollanaraq Ermənistan hərbçiləri üçün ta cəbhə xəttinə su kəməri çəkdirmişdi. Görəsən, belə bir şəxslə “Dostluğ”a nə ad vermək olar? Üstəlik Z.Mirzəyevin ermənilərlə dostluğunu ifşa etdiyinə görə Zaur Nurməmmədov Ümid Mirzəyev tərəfindən təzyiqlərə də məruz qalmışdı.

Qeyd etdiyimiz kimi, “Dostluq” cəmiyyətinin idarə şurası sədri olan Zülfüqar Mirzəyev 2019-cu il Novruz bayramı şənlikləri zamanı “Köçəri” milli rəqsimizin erməni rəqsi kimi qələmə verilməsinə göz yummuşdu. Qarabağdakı Ermənistanın işğalçı ordusuna yardım edən birisilə dostluq edən Zülfüqar Mirzəyev həmçinin İjevski şəhərində sahib olduğu “Palma” və “Tulpan” kafelərində Ermənistan konyakı satdırmaqla işğalçı ölkənin büdcəsinə qazanc gətirməkdən belə çəkinmir. Bütün bunlardan sonra o, Azərbaycan hökumətini İkinci Qarabağ müharibəsi vaxtı camaatı zorla cəbhəyə göndərməkdə ittiham edib (https://www.24news.am/index.php/ru/news/129157).

Üstəlik Udmurtiya azərbaycanlırı 44-günlük müharibə zamanı yığdığı ordumuza yardım (20 min dollar yaxın) “peraşkisatan Zülya” tərəfindən mənimsənilib. Lakin bütün bu yumşaq desək yersiz əməllərinə dair izahat vermək əvəzinə “peraşkisatan Zülya” qara məni basınca mən qaranı basım deyərək Zaur Nurməmmədovu və ailəsini təhqir edərək ona hədə-qorxu belə gəlib.

Ermənistana qarşı informasiya müharibəsində fəallığı ilə tanınan jurnalistə qarşı bu nalayiq davranışları ilə “peraşkisatan Zülya” onu yox, özünü gözdən saldı, daha doğrusu öz ermənipərəstliyini bir daha ortaya qoydu.

Lakin burada başqa bir məsələ də var: Mirzəyev qardaşlarının jurnalistə qarşı təzyiq və təhqirlərə, hədə-qorxulara əl atmaları qüvvədə olan Cinayət Məcəlləsində necə dəyərləndirilir? Ümid Mirzəyev də jurnalistlərə hücum etməyin yox, onlara qahmar çıxmağın Mətbuat Şurasının sədr müavini olaraq birbaşa vəzifəsi olduğunu niyə yaddan çıxarıb? Bütün bu və başqa suallara cavab almaq haqqımızdır.

Zaur Nurməmmədov

XÜSUSİ QEYD: Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*