Kiprdə təhsil alacaq yüzlərlə azərbaycanlı tələbəyə BÖYÜK MÜJDƏ: Çavuşoğlu sevincli xəbəri AÇIQLADIbackend

Kiprdə təhsil alacaq yüzlərlə azərbaycanlı tələbəyə BÖYÜK MÜJDƏ: Çavuşoğlu sevincli xəbəri AÇIQLADI

“Şimali Kipr Türk Cümhuriyyətində 100-dən artıq azərbaycanlı tələbə bursla təhsil ala biləcək”.

KONKRET.az xəbər verir ki, bunu “TV1”-ə özəl açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazım Çavuşoğlu bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanın Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır:

“Məmləkətinizə səfərim çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Bir çox məsələlərlə bağlı Emin Əmrullayevlə ətraflı müzakirələr apardıq. O cümlədən, azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətində təhsil almaları ilə əlaqədar də danışıqlar apardıq. İşbirliyimizlə bağlı müzakirələrimizi davam etdirəcəyik. Azərbaycanın da dəstəyilə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində bursla təhsil almaq imkanı əldə edə biləcək gənclərin sayını artırmağı nəzərdə tuturuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*