Kirayə mənzildə vəziyyətləri pisləşən tələbə qızlardan XƏBƏR varbackend

Kirayə mənzildə vəziyyətləri pisləşən tələbə qızlardan XƏBƏR var

Bir neçə gün öncə özlərini pis hiss edərək xəstəxanaya çatdırılan tələbə qızlar evə buraxılıblar.

KONKRET.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Bildirilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*