ABŞ Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu görmür.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O, Konqresi Kiyevə yeni yardım tələbini təsdiqləməyə çağırıb.
“Mətbuatda cənab Putinin qəfil danışıqlara hazır olması barədə xəbərlər yayılıb. Ancaq o, özünü danışıqlara hazır biri kimi aparmır”, – deyə Kirbi jurnalistlərə bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az