Kirkorov onu xilas etmək üçün həkimlərə yalvardı: “Güzgüdə özümə baxa bilmirəm”backend

Kirkorov onu xilas etmək üçün həkimlərə yalvardı: "Güzgüdə özümə baxa bilmirəm"

Məşhur cərrah Timur Haydarov rus estradasının kralı Filipp Kirkorovun əməliyyat masasına necə düşdüyünü açıqlayıb. 

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, rus estrada ulduzu sözün əsl mənasında kömək üçün yalvarıb.

Qeyd edək ki, müştəriləri Lyubov Uspenskaya, Slava, David Manukyan olan cərrah Timur Haydarov keyfiyyətsiz işdə ittiham olunur.

Belə ki, müğənni Slava sinəsindəki çapıqları nümayiş etdirərək ona etiraz edib. Pop kralı Filipp Kirkorov isə cərrahın müdafiəsinə qalxıb.

Məlumata görə, o da Haydarova müraciət edib. Həkim bununla bağlı maraqlı detalları açıqlayıb.

Belə ki, Haydarovu Kirkorova bloqqer David Manukyan məsləhət görüb.

“Filipp bir çox müğənnilər kimi, qarın nahiyəsində əzələ divergensiyasına malikdir”, – deyə Haydarov bildirib.

Lakin Kirkorov bıçağın altına girməkdən imtina edərək, ümumilikdə hər cür əməliyyatlardan qorxduğunu bildirib. Lakin bir müddət sonra o, Haydarova zəng edərək sözün əsl mənasında kömək diləyib.

“Məni xilas etmək lazımdır! Güzgüdə özümə baxa bilmirəm”, – deyə cərrah Kirkorovun sözlərini xatırlayır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*