Kişi və qardaşı arvadı evdən 20 min manat oğurladılarbackend

Kişi və qardaşı arvadı evdən 20 min manat oğurladılar

Mingəçevir şəhərində evdən oğurluq olub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*