Kişilər üçün möcüzəvi bitki – HƏKİM MƏSLƏHƏTİbackend

Kişilər üçün möcüzəvi bitki - HƏKİM MƏSLƏHƏTİ

Kişilər üçün daha bir möcüzəvi bitki müəyyən edilib.

KONKRET.az xəbər verir ki, sən demə yabanı turpun bir çox faydalı xüsusiyyətləri var.

Kardioloq German Qandelman “Sağlam yaşa!” verilişinin efirində bildirib ki, yabanı turpun tərkibində xüsusi maddələr – qlükozinolatlar var. Mütəxəssisin sözlərinə görə, onların xərçəng əleyhinə təsiri var. “Prostat vəzidə xərçəngin qarşısını alan əsas bitkilərdən biri də yabanı turpdur. Qandelman qeyd edib ki, qlükozinolatlarla zəngin qidalar qəbul edən insan xərçəngə tutulmur.

Belə qidalardan biri də xardaldır. Onun tərkibində də qlükozinolatlar çoxdur.

Qeyd edək ki, həkimlər qəhvə və çayın faydalarından danışarkən bildirib ki, bu növ içkilər qadınlarda uşaqlıq boynu xərçənginin, kişilərdə isə prostat xərçənginin inkişafının qarşısını alır.

Həkimlərin digər qənaətinə görə, tərkibində linolenik turşu olan şampinonlar da xərçəng əleyhinə olan bitki növlərinə aid edilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*