Yenicə fəaliyyətə başlayan Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İctimai Birliyi təşviqat xarakterli layihələrini davam etdirir.
KONKRET.az-a “Kitab bağışlama” aksiyası barədə məlumat verən İB-in rəhbəri Nigar Sultanlı layihə çərçivəsində 100-ə yaxın tələbəyə kitab hədiyyə edildiyini bildirib.
Qeyd edib ki, belə bir təşəbbüsü reallaşdırmaqda məqsəd gənclərə kitabı sevdirməklə yanaşı, mütaliə mədəniyyəti aşılamaqdır:
“Əsasən Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında keçirilən aksiya maraqla qarşılanıb. Təxminən 2 həftə ərzində keçirilib və aprelin sonunadək davam edəcək. Bağışlanılan kitablar məzmun etibailə bədii ədəbiyyat, tarix və psixologiya sahələrini əhatələyir”.
N.Sultanlı İB tərəfindən yaxın aylar ərzində Bakıətrafı kəndlərdə, ümumilikdə bölgələrdə də belə bir aksiyanın təşkil ediləcəyini vurğulayıb.
KONKRET.az