KİV: Netanyahu Trampdan İrana hücumu təxirə salmağı xahiş edibbackend

KİV: Netanyahu Trampdan İrana hücumu təxirə salmağı xahiş edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa müraciət edərək İrana hücumla bağlı istənilən planı təxirə salmağı xahiş edib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, “The New York Times” (NYT) qəzetinin mənbələri bu cür bəyanatla çıxış ediblər.

Məlumata əsasən, Netanyahu yanvarın 14-də Tramp ilə telefon danışığı aparıb.

Qəzetin ehtimalına görə, Trampın elə həmin gün “çox mühüm mənbələrdən” İranda gərginliyin azaldığı barədə məlumat alması ilə bağlı səsləndirdiyi iddia onun İslam Respublikasına qarşı potensial hücumdan imtina etdiyinə işarə edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*