TƏCİLİ: Benzin və dizelin qiyməti yenidən bahalaşa bilər…backend

TƏCİLİ: Benzin və dizelin qiyməti yenidən bahalaşa bilər...

Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də benzin və dizel yanacağının gələcək qiymətləridir. Maraqlıdır, qarşıdakı illərdə yanacağın ucuzlaşması real görünür, yoxsa artım riski hələ də qalır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacağın qiymətlərində enmə halları zaman-zaman müşahidə edilib və gələcəkdə də bu cür proseslər istisna olunmur.

Ekspertin sözlərinə görə, iqtisadi səmərəliliyin artması fonunda yanacaq qiymətlərinin aşağı düşməsi mümkündür, lakin bu, hazırda ən real ssenari sayılmır.

“Bu, ehtimal edilən proqnozlardan biridir. Amma nəzərə almalıyıq ki, Azərbaycanda ənənəvi yanacaqla, benzin və dizellə işləyən avtomobillərin payı təxminən 85 faizə yaxındır. Yükdaşıma və sərnişindaşıma sektorunda da əsasən dizel və benzin istifadə olunur”, – deyə A.Əsədov qeyd edib.

Metro və avtobuslarda qiymətlər niyə bahalaşdı? - Aslan Əsədov AÇIQLADI -  Azərbaycanın xəbər saytı

Onun sözlərinə görə, benzinlə işləyən nəqliyyat vasitələrinin sayı da kifayət qədər yüksəkdir və bu amil yanacağa olan tələbatı artırır. Ekspert hesab edir ki, qiymətlərin real şəkildə enməsi üçün alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır.

“Asan yol alternativ yanacaqdan istifadə edən avtomobillərin ölkəyə idxalını genişləndirməkdir. Xaricdən daha iqtisadi səmərəli, az yanacaq sərf edən və alternativ enerji ilə çalışan nəqliyyat vasitələri gətirilməlidir. Bu halda ənənəvi yanacağa tələbat azalacaq, bazarda bolluq yaranacaq və qiymətlərin enməsi mümkün olacaq”, – deyə ekspert vurğulayıb.

A.Əsədov əlavə edib ki, mövcud vəziyyətdə bu göstəricilərə nail olmaq çətindir. Çünki hazırda bütün nəqliyyat və logistika prosesləri əsasən ənənəvi yanacaq üzərində qurulub və alternativ yanacağa keçid hələ genişmiqyaslı deyil. Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə benzin qiymətlərinin ciddi şəkildə enməsi real görünmür və artım riski müəyyən dərəcədə qalmaqda davam edir.

Aynurə İsmayıl
KONKRET.az

  • elnur
    Yanvar 9, 2026 - 22:52

    he is bazlar hereketde cekibler zaten cammatin basinj aldaddin serefsiz sozlerinizle

  • Nizami
    Yanvar 10, 2026 - 00:02

    Ermənistana ucuz verilir ona görə ?

  • Razim
    Yanvar 10, 2026 - 09:59

    Baxdılarkı vətəndaşlar qiymət artımına ciddi reaksiya vermədi, ona görədə yenidən qiyməti artırmaq qərərına gəliblər. Büdcəni, neftdən gələn milyardları yeyiblər, əvəzini halal zəhmətlə dolanan təbəqədən almağı düşünurlər.

  • Razim
    Yanvar 10, 2026 - 10:00

    Baxdılarkı vətəndaşlar qiymət artımına ciddi reaksiya vermədi, ona görədə yenidən qiyməti artırmaq qərərına gəliblər. Büdcəni, neftdən gələn milyardları yeyiblər, əvəzini halal zəhmətlə dolanan təbəqədən almağı düşünurlər. Millət nə qədər susqunluq göstərsə , büdcənin pulu ilə harınlamış məmurlar bir o qədər xalqa qarşı əzazil olacaqlar!

  • Murad
    Yanvar 10, 2026 - 14:53

    Artirin ne qeder bacarirsiz artirin hetta her ay 10 qəpik qəpik artirin onsuzda hec ne deyen deyilik susub qebul edəcəyik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*