KİV: Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıbbackend

KİV: Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb

ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) İran və İsraillə bağlı bəyanatını imzalamayıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kanadada keçirilən “Yeddilik Qrupu” sammitinin layihə bəyanatında deyilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və sənədin surətinə əsasən, İsrail özünü müdafiəsi hüququna malikdir.

Bəyanat həmçinin regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu ifadə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*