Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya çağırış edərək, Rusiya Prezidenti Vladimir Putini “təyyarələrinə endirilən zərbələrə görə sızıldamağı” dayandırmağa və əvəzində ən azı 30 günlük atəşkəsə razı olmağa səsləyib.
KONKRET.az xəbər verir ki, Ukrayna tərəfinin yaydığı rəsmi bəyanatda deyilir:
“Prezident Vladimir Putin ukraynalıların onun təyyarələrinə endirdiyi zərbələr barədə şikayətlənməyi dayandırmalı, qeyri-real ultimatumlardan əl çəkməli, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən yayınmamalı və ədalətli, davamlı sülh üçün vicdanla danışıqlara başlamalıdır. Ukrayna buna hazırdır. Amma Rusiya vaxt udur və müharibəni davam etdirmək üçün bəhanələr axtarır.”
Natiq Səlim,
KONKRET.az