Kiyev Tehrana XƏBƏRDARLIQ ETDİ: “Bir gün “Şahed” öz evinə dönə bilər” – VİDEObackend

Kiyev Tehrana XƏBƏRDARLIQ ETDİ: "Bir gün "Şahed" öz evinə dönə bilər" - VİDEO

Kiyev Tehrana xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak eyham vurub.

O bildirib ki, Ukrayna pilotsuz təyyarələri Tehrana da uça bilər.

Podolyak vurğulayıb ki, Tehran Ukraynaya qarşı müharibədə Moskvanın əsas müttəfiqinə çevrilib. O, Rusiyanı dinc şəhərlərə hücum etmək üçün qəsdən silahla təmin edib.

O, bildirib ki, İran hüquqi nöqteyi-nəzərdən Kremlə birbaşa niyyətlə kömək edir və onun hərəkətlərinin nəticələrini bilir.

“Bu gün mən rəsmi Tehrana həyatın əsas qanunlarını, xüsusən də bumeranq qanununu xatırlatmaq istərdim. Coğrafi uzaqlıq illüziyası və ya Ukraynanın prioritetlərinin anlaşılmazlığı sizi narahat etməsin”, – Podolyak əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*