Kiyevin mərkəzində Vladimir Putinin Haaqadakı məhkəmə prosesində iştirak etdiyi fotozona markası quraşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Paytaxtın mərkəzindəki Kiyev Şəhər Dövlət Administrasiyasının binası yaxınlığında “Çestno” hərəkatının nümayəndələri marka formasında yeni fotozona quraşdırıblar. O, Haaqa Tribunalında Rusiya Prezidenti Vladimir Putini təsvir edir.
İndi kiyevlilər və şəhərin qonaqları Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı tərəfindən mühakimə olunmaq üçün Haaqaya gətirilən Putinin yanında şəkil çəkdirə bilərlər.
Xuraman Etibarlı,
KONKRET.az