Kiyevə dron hücumu – 26 nəfər yaralandıbackend

Kiyevə dron hücumu - 26 nəfər yaralandı

Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

KONKRET.az xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.

Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*