Kiyevə bu gecə edilən hücum zamanı istifadə olunan “Geran-3” pilotsuz uçuş aparatlarında (PUA) Avropa istehsalı detallar aşkar edilib.
KONKRET.az bildirir ki, hadisə ilə bağlı görüntülər və komponentlərin fotoları dərc olunub.
Dronun yanacaq sistemində Almaniya istehsalı olan Bosch 0-580 markalı yanacaq nasosu aşkarlanıb. Sözügedən nasos əsasən mülki avtomobillərdə istifadə olunur.
Bundan əlavə, PUA-nın Çexiyanın PBS Velká Bíteš şirkəti tərəfindən istehsal edilən PBS TJ40-G2 mühərriki ilə təchiz olunduğu bildirilir. Aparatlarda eyni zamanda Çin istehsalı olan SW400 pro mühərriklərinin də istifadə edildiyi qeyd edilir.
Müşviq Tofiqoğlu
KONKRET.az