Kiyevin müdafiəsi ÇƏTİNLƏŞƏCƏK – Gərginlik artırbackend

Kiyevin müdafiəsi ÇƏTİNLƏŞƏCƏK - Gərginlik artır

ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə raketlərinin (Patriot interceptorları) tədarükünü dayandırması Kiyevin müdafiəsini ciddi şəkildə zəiflədir.

KONKRET.az xəbər verir ki, The New York Times-ın yazdığına görə, Ukraynanın hazırda 8 ədəd Patriot sistemi var və onların 6-sı aktiv vəziyyətdədir. Bu sistemlərin böyük əksəriyyəti Kiyevi qorumaq üçün yerləşdirilib.

ABŞ bu il Ukraynaya ümumilikdə 11 milyard dollar dəyərində silah və avadanlıq verməyi öhdəsinə götürmüşdü.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*