Məşhur Braziliya serialı “Klon”da doktor Albierinin köməkçisi Simone obrazını canlandıran aktrisa Fransuaza Forton vəfat edib.
KONKRET.az İz.ru-ya istinadən xəbər verir ki, aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra həyatını itirib.
Son dörd aydır ki, 64 yaşlı Forton xərçəng xəstəliyinə görə xəstəxanaya yerləşdirilib.
Forton 1957-ci ildə Rio-de-Janeyroda anadan olub. O, 1969-cu ildə “Sonuncu vals” serialında oynayaraq yeniyetmə ikən televiziyada debüt edib.
Aktrisa 40-dan çox serialda rol alıb.