Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas aspektləri, regional inkişaflar, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.